1992-ci il 26 fevral - bu gün Azərbaycan xalqının yaddaşına faciəli və dəhşətli bir gün olaraq yazıldı. 1992-ci il fevral qyının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşən keçmiş sovet ittifaqının 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artileriya və ağır hərbi texnikadan güclü və amansız atəş aşılmış, az bir vaxtda şəhər tamamilə alova bürünmüşdür. Şəhər əhalisi Xocalını tərk etməyə məcbur edilmişdir. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində şəhər yerlə yeksan olmuşdur. Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Bu faciə şahidlərini dinləyəndə insan vahiməyə qərq olur. O gecə silahlı qaniçən ermənilər hər tərəfdə insanları güllələyir, onlara amansız divan tutmuşdur.Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşaiyət olunmuşdur. Erməni Xocalı şəhərini hədəfə almaqla məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, starteji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.Bu fevral “Xocalı soyqırımının” 30-cu ildönümüdür. İllər, əsrlər, qərinələr ötsə də, nə biz, nə də gələcək nəsillər bu soyqırımı heç vaxt yaddan çıxartmayacağıq. Çünki unutsaq unudularıq, unutsaq məhv olarıq. Ermənilər bizim əzəli və əbədi düşmənimizdir. Azərbaycan xalqının qanına susayan, qaniçən, terrorçu erməni əzəli, əbədi düşməndir.Xocalısız keçən 30 ildə biz bir anda Xocalını unutmadıq. Xocalının üzünü görməyən, müxtəlif şəhərlərimizdə doğulan, böyüyən hər bir Xocalılı uşağa “haralısan?”deyib soruşanda “Xocalıdanam” deyib cavab verir.İnanıram ki, bizim Xocalıya qayıdacağımız, şəhid şəhərimizə həyat verəcəyimiz günə lap az qalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.Günəş Çobanova,Xocalı rayon sakini